EN

“Yeşilçam” ulduzundan “Bakıdan sevgilərlə” paylaşımı - VİDEO

Türk kinosunun sevilən simalarından biri, “Yeşilçam” ulduzu Hülya Koçyiğit Bakıya gəlib.

Musavat.com xəbər verir ki, aktrisa 26–30 sentyabr tarixlərində paytaxtda keçirilən VIII Türkiyə–Azərbaycan türk film günlərində iştirak edəcək.

Aktrisa səfəri ilə bağlı sosial şəbəkə hesabında da paylaşımlar edib. O, “Instagram” səhifəsində Bakının gözəlliklərini əks etdirən görüntülər yerləşdirib və paylaşımına “Bakıdan sevgilərlə” qeydi əlavə edib. 

Qeyd edək ki, Hülya Koçyiğit türk kinosunun “sultanları”ndan sayılır və onun sənət karyerası boyunca çəkildiyi filmlər təkcə Türkiyədə deyil, Azərbaycan tamaşaçıları arasında da illərdir sevilərək izlənilir. 

Könül
Musavat.com 

Chosen
13
musavat.com

1Sources