1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Sentyabrın 26-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi iş üzrə sənədlərin elan olunması ilə davam etdirilib.
Oxu.Az xəbər verir ki, məhkəmədə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun, habelə Əhməd Hüseynağa oğlu Abdullayevin ("İgidliyə görə" medalı ilə təltif edilib - red.) və Fərid Güloğlan oğlu Əhmədovun ("İgidliyə görə" medalı ilə təltif edilib - red.) və digər şəxslərin öldürülməsi faktları ilə bağlı sənədlər elan olunub.
Sənədlərin elanı ilə paralel olaraq bir sıra fotoşəkillər nümayiş etdirilib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.