AZ

Bakıda Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilir


Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi iş üzrə sənədlərin elan olunması ilə davam etdirilib.
Yeniavaz.com
xəbər verir ki, məhkəmədə Azərbaycanın Milli Qəhrəmanı İbrahimov Mübariz Ağakərim oğlunun, habelə Abdullayev Əhməd Hüseynağa oğlunun ("İgidliyə görə" medalı ilə təltif edilib – red.) və Əhmədov Fərid Güloğlan oğlunun ("İgidliyə görə" medalı ilə təltif edilib – red.) və digər şəxslərin öldürülməsi faktları ilə bağlı sənədlər elan olunub.
Sənədlərin elanı ilə paralel olaraq bir sıra fotoşəkillər nümayiş etdirilib.
Seçilən
23
15
yeniavaz.com

4Mənbələr