EN

Associated Press: İran kosmik raket sınağı keçirmiş ola bilər

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın Simnan əyalətində yerləşən Xomeyni adına Kosmik Mərkəzdə əvvəlcədən elan olunmayan raket sınağı keçirilib.

"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə "Associated Press" iddia irəli sürüb.

Bildirilir ki, mümkün sınaq İranın kosmik proqramı çərçivəsində əsas buraxılışların həyata keçirildiyi dairəvi platformada baş tutub.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun tədqiqatçısı Fabian Hintz bildirib ki, ərazidə müşahidə edilən izlər daha əvvəl "Zülcənah" tipli bərk yanacaqla işləyən raketlərin buraxılışı zamanı görülən izlərlə oxşarlıq təşkil edir. Onun sözlərinə görə, izlərin miqyası da məhz bu tip raketin sınaqdan keçirildiyini göstərir.

İddialar ötən həftə İranın bir sıra əyalətlərində - Gülüstan, Simnan, Xorasane Rəzəvi, Cənubi Xorasan və İsfahan üzərində səmada tüstü və işıqlı obyektlərin göründüyünə dair yayılan məlumat və videolardan sonra daha da güclənib.

Rəsmi Tehran orbitə buraxılışı hələlik təsdiqləməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
9
1
oxu.az

2Sources