EN

Azərbaycanda təşkil olunan III MDB Oyunlarında ilk yarışa start verildi

Azərbaycanda təşkil olunan III MDB Oyunlarında bu gün ilk yarışa start verilib.

Modern.az xəbər verir ki, bu gün Qəbələdə stolüstü tennisçilər arasında yarış başlayıb.

Stolüstü tennis yarışı Qəbələ Olimpiya İdman Kompleksində keçirilir. Bu gün kişilər və qadınlar arasında komanda yarışları keçiriləcək. Yarışların ilk günündə finalçılar müəyyənləşəcək.

Kişilər arasında yarışlarda 1/4 finalda Rusiya və Belarus idmançıları qarşılaşacaqlar. Qalib yarımfinalda Qazaxıstan tennisçiləri ilə görüşəcək.

Digər yarımfinalda isə Azərbaycan və Özbəkistan idmançıları mübarizə aparacaq.

Qadınlar arasında yarışlar yarımfinaldan start götürür. Burada Özbəkistan-Rusiya, Belarus-Azərbaycan tennisçiləri qarşılaşacaq.

Yarımfinalın qalibləri ertəsi gün finalda qarşılaşacaq, məğlub olanlar isə III MDB Oyunlarının bürünc medalçıları olacaqlar.

Qeyd edək ki, yarışa 13 ölkədən 1624 idmançı və 2337 nümayəndə qatılacaq. Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançının təmsil edəcəyi dəqiqləşib. Yarışlar 23 idman növü (kamandan oxatma, badminton, 3x3 basketbol, boks, kanoe, çövkən, qılıncoynatma, futbol U-16, yunan-Roma güləşi, cüdo, karate, bədii gimnastika, avarçəkmə, sambo, güllə atıcılığı, stend atıcılığı, üzgüçülük, stolüstü tennis, taekvondo, batut gimnastikası, voleybol, qadın güləşçi, sərbəst güləş) üzrə 12 məkanda təşkil olunacaq. III MDB Oyunları Azərbaycanın yeddi şəhərində - Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhər stadionunda baş tutacaq.

Chosen
25
13
modern.az

10Sources