EN

“Türk seriallarında azərbaycanlılar pis göstərilir”

“Azərbaycan serial və filmlərində türkiyəlilər hər zaman yaxşı obraz olaraq təqdim olunur. Lakin biz bunu onların layihələrində görmürük”. 

News365.az xəbər verir ki, bunu aktyor Elməddin Cəfərov Türkiyə-Azərbaycan Türk Film Günləri çərçivəsində tanınmış kino simaları ilə keçirilən görüş zamanı deyib. 

O, tədbir zamanı azərbaycanlı obrazların türk seriallarında pis göstərilməsini qınayıb:

“Buna görə inciyirik. Azərbaycanlılar həmin layihələrdə süpürgəçi və ya buna bənzər obrazlarda təqdim olunur”. 

Aktyor daha sonra Berk Oktayın “Amma Kənan MM bizim serialda komandir kimi çəkilmişdi” sözlərinə cavab olaraq “həmin serialın sponsoru da azərbaycanlılar idi” deyib.

Həmçinin keçirilən görüş zamanı türkiyəli aktyorlara Azərbaycan mahnılarının onların filmlərində səslənməsi və bəzi ekran işlərində Azərbaycan dilinə qarşı hörmətsizliklə bağlı iddialar barədə sual ünvanlanıb.

Onlar bildiriblər ki, hər iki xalqı birləşdirən ortaq dəyərlərə hörmətlə yanaşır və belə halların yanlış anlaşılmadan qaynaqlandığını düşünürlər. 

Aktyor Berk Oktay isə mövzu ilə bağlı danışarkən deyib ki, sənətdə əsas məqsəd xalqlar arasında körpü yaratmaqdır: 

“Azərbaycan musiqisi və dili bizim üçün böyük dəyərə malikdir. Əksinə, biz filmlərdə bu zənginliyi təqdim etməkdən qürur duyuruq. Əgər yanlış anlaşılma olubsa, bu, heç vaxt qəsdən edilməyib. “Kızılcık şerbeti” serialında həmin səhnədə oynayan aktyorlar mənim yaxın dostlarımdır. Bu məsələ sosial şəbəkələrdə də müzakirə olunurdu və biz bununla bağlı danışdıq. Həqiqətən belə anlaşıldığı üçün çox məyus idilər”.

Chosen
12
4
news365.az

4Sources