EN

Donald Trampın sözləri yalnız şəxsi kompliment deyil, Azərbaycanın qazandığı beynəlxalq nüfuzun ifadəsidir

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Azərbaycan Prezidenti İlham Əliyevin Nyu-Yorka işgüzar səfəri həm ikitərəfli görüşlərin miqyası, həm də BMT Baş Assambleyasında iştirakı ilə diqqət mərkəzindədir. Dövlət başçısının ABŞ-da keçirdiyi görüşlər Azərbaycanın beynəlxalq nüfuzunun artmasını, iqtisadi və siyasi mövqeyinin vacibliyini bir daha nümayiş etdirdi. Bu gün Azərbaycan Cənubi Qafqazın regional güc və qlobal tərəfdaşlıq imkanlarının real təsdiqinə çevrilib”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb. Deputat qeyd edib ki, İlham Əliyevin Nyu-York səfəri Azərbaycanın həm regional, həm də qlobal səviyyədə yeni mərhələyə qədəm qoymasının sübutudur. Deputatın fikrincə, bu səfər iqtisadiyyatımızın dayanıqlılığını, diplomatiyamızın nüfuzunu və ölkəmizin təşəbbüskar rolunu təsdiqləyən bir səfər oldu.

Müşfiq Cəfərov

“Azərbaycanın həm sülh gündəliyinin, həm də qlobal iqtisadi əməkdaşlığın aparıcı mərkəzinə çevrildiyi bu prosesdə İlham Əliyevin liderliyi dünya miqyasında yüksək dəyərləndirildi. Bu reallıq isə Azərbaycanın gələcək onilliklərdə regionun əsas güc mərkəzi olacağına dair ən güclü zəmanətdir.

İlham Əliyevin ABŞ Prezidenti Donald Trampla rəsmi qəbulda səmimi münasibəti də diqqətdən yayınmadı. Trampın Azərbaycan Prezidentini yüksək sözlərlə dəyərləndirməsi, onu dünya miqyasında lider kimi təqdim etməsi ikitərəfli münasibətlərin aliliyini əks etdirir. Cənab Trampın sözləri yalnız şəxsi kompliment deyil, Azərbaycanın beynəlxalq səviyyədə qazandığı etimadın və nüfuzun ifadəsidir.

Ümumiyyətlə, ABŞ prezidenti cənab Donald Trampın İlham Əliyev haqqında bir neçə dəfə xoş sözlər söyləməsi və “İlham, sən böyük lidersən” deməsi təsadüfi deyil. Çünki İlham Əliyev kimi şəxsiyyətlər, siyasi liderlər çox azdır. İlham Əliyevin apardığı xarici siyasət, Onun böyük şəxsiyyət və böyük lider olmasını təsdiqləyən birinci amildir. Cənab Prezident hər zaman xalqın və dövlətin milli maraqlarını müdafiə edir”-deyə Müşfiq Cəfərov vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
bizimyol.info

1Sources