EN

FHN-nin nümayəndələri Laza kəndində baş verən hadisə yerinə cəlb olundu

Fövqəladə Hallar Nazirliyi Qusar rayonun Laza kəndində daş-palçıq qarışıqlı sel sularının evlərə dolması barədə məlumat yayıb.

Publika.az xəbər verir ki, Qusar rayonunun Laza kəndində hadisə baş verdiyi ilk gündən Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının nümayəndələri əraziyə cəlb olunub.

Nazirliyin əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə ərazidə müvafiq tədbirlər həyata keçirilir.

Vəziyyət nəzarət altındadır.

Qeyd edək ki, Qusarın Laza kəndində daş-palçıq qarışıqlı sel sularının evlərə dolmasının qarşısı alınıb. Laza kəndinin mərkəzindən keçən çayda daş-palçıq qarışıqlı axın sentyabrın 22-si səhər saatlarından müşahidə olunur. Kəndinin yuxarı hissəsində yerləşən şəlalələrdən birindən tökülən palçıq axını kənd ərazisindəki körpünü və yolu basıb, evlərin həyətlərinə dolub. Bir neçə gün davam edən palçıq axını ötən gündən başlayaraq nisbətən azalıb.

Chosen
30
2
publika.az

10Sources