EN

ABŞ diplomatı: Ərdoğan əsl lider kimi davrandı, görüş tarixi oldu

Turkstan.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak prezident Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında keçirilən görüşü “tarixi” və “təsirli” adlandırıb.

Turkustan.az xəbər verir ki, Tom Barak görüşdən sonra sualları cavablandırıb.

Barak Ərdoğanla Tramp arasında baş tutan görüşlə bağlı bunları deyib:

"Bu görüş təsirli idi. Prezident Ərdoğanla fəxr etməlisiniz. O, özünə sadiq qaldı, təbii və lider kimi davrandı. Onun komandası birinci səviyyəli idi və ABŞ heyəti ilə bütün məsələlərdə mükəmməl uyğunlaşma nümayiş etdirdi."

Barak həmçinin bildirib ki, prezident Tramp görüş zamanı müzakirə olunmalı məsələlərə yanaşmada mehriban, anlayışlı və qətiyyətli olub:

"Onların hər ikisi çox güclü liderlərdir. Düzünü desəm, bu görüş tarixi xarakter daşıyırdı."

Barak görüşdə iştirak etməyin onun üçün böyük bir şərəf olduğunu bildirib və əlavə edib ki, həm əvvəllər, həm də bu gün gələcəyə dair ümidlidir.

O, Suriyadakı problemlərin əsas səbəbinin sabitliyin olmaması olduğunu vurğulayıb və Qərb dünyasının Dəməşq rejiminə qarşı etimadsızlıq hiss etdiyini deyib.

Barak bildirib ki, dünyanın Suriya prezidenti Əhməd Şərə münasibəti dəyişə bilər:

"Hamı özlüyündə sual edir: 'Biz ona birbaşa müdaxilə etmədən necə dəstək verə bilərik?' Amma ABŞ-ın yanaşması fərqlidir. Biz ona sanksiyaları ləğv etdiyimiz üçün dəstək vermirik."

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
10
1
icma.az

2Sources