ABŞ Prezidenti Donald Tramp bildirib ki, maliyyəçi Corc Soros və "LinkedIn"in həmtəsisçisi Rid Hoffman solçu radikalları maliyyələşdirdikləri aşkar edilərsə, hüquqi problemlə üzləşə bilərlər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Tramp Ağ Evdə jurnalistlərlə görüşündə Sorosa yenidən xəbərdarlıq edib: "Əlbəttə, Soros tez-tez eşitdiyim addır. Mən radikal solçu olan kifayət qədər varlı insanların adlarını eşidirəm. Rid Hoffman adlı bir oğlan haqqında da eşidirəm. Əgər bu işləri maliyyələşdirsələr, problem yaşayarlar".
Tramp ABŞ-da siyasi terrorizmin artmasında, xüsusən də müttəfiqi Çarli Kirkə qarşı sui-qəsd cəhdində solçu radikalları günahlandırır.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Corc Sorosun ölkədə etiraz aksiyalarının təşkilində iştirakı ilə bağlı araşdırma aparmaq niyyətində olduğunu bəyan etmişdi.