EN

"Sumqayıt"ın baş məşqçisi: "Hədəfimiz ilk pilləni tutub "A" Liqasına yüksəlməkdir"

"Sumqayıt" basketbol komandasının baş məşqçisi Vadim Kuramşın klubun mətbuat xidmətinə açıqlama verib.

Apasport.az xəbər verir ki, o, komandanın hazırlığı ilə bağlı fikirlərini bölüşüb:

"Doğrusu, hazırlıq mərhələsinə bir qədər gec başladıq. Elə indi də komanda tam heyətlə məşq etmir. 2-3 gündən sonra daha bir yeni transferimiz məşqlərə qoşulacaq. Amma istənilən halda, hazırda məşqlərimiz qaydasında gedir".

Kuramşın "Sumqayıt"ın yeni mövsümdəki hədəflərindən danışıb:

"Hədəfimiz ilk pilləni tutub A Liqasına yüksəlməkdir. Ümid edirəm ki, hər şey istədiyimiz kimi olacaq. Ötən mövsüm necə xoş təsir bağışlamışdıqsa, yenə də eyni əzmkarlıqla oynamaq istəyirik. Doğma şəhərimiz Sumqayıtın adı üçün var qüvvəmizlə mübarizə aparacağıq. Hərçənd ki, müəyyən səbəblərdən ötən mövsüm çox yaxşı oynayan legionerlərimizi geri qaytara bilmədik".

O, sonda azarkeşləri də yeni mövsümdə komandaya dəstək olmağa çağırıb:

"Sumqayıtlı fanatları mütləq oyunlarımızda gözləyirik. Onlar ötən mövsüm bizə çox yaxşı dəstək verdilər. Basketbolçularımız onların sevimlisinə çevrildilər. Ümid edirəm ki, yeni heyət ötən mövsümdəkindən zəif olmayacaq".

Erhan Toker: “İndiki hədəf Kiprdən qələbə ilə ayrılmaqdır”

"Abşeron Lions" Kipr klubunu məğlub edib

“Gəncə”nin məşqçilər korpusu bəlli olub

Erhan Toker: “Optimal formada olmağa çalışacağıq”

“Şəki”də yeni təyinat

Chosen
19
5
apasport.az

8Sources