EN

Türkiyəli məşhur aktyor serialda azərbaycanlıları narazı salan epizoddan danışdı

BAKI, 26 sentyabr. TELEQRAF

Türkiyəli məşhur aktyor Berk Oktay "KızılcıkŞerbeti" serialındakı Azərbaycan səhnəsinin ölkəmizdə tənqid edilməsinə reaksiya göstərib.

Teleqraf xəbərinə görə, aktyor bu sözləri deyib:

“Buserialdaçəkilən aktyorlar dostlarımdır. Məsələni onlarla bildirdim. Çünki sosial şəbəkələrdə bu səhnəyə olan reaksiyanı gördüm. Bir neçə səhnəyə baxdım və onların da bu vəziyyətə görə üzgün olduqlarınıöyrəndim. Dostlarımız bu səhnəni pis niyyətlə çəkmədiklərini bildirdilər. Sadəcə yazılmış ssenarini canlandırıblar. Mənə bildirdilər ki, bu səhnədən sonra daha diqqətli olmağa çalışacaqlar. Həmin səhnədə məqsəd azərbaycanlıları alçaltmaq deyildi".

Chosen
8
teleqraf.com

1Sources