Həftəsonu Premyer Liqada mövsümün ilk qərb derbisi keçiriləcək.
«Turan Tovuz»la «Kəpəz» Suraxanı qəsəbəsində üz-üzə gələcək.
Gəncə təmsilçisinin rəhbərliyi komandanı motivasiya etməkdən ötrü pul kisəsinin ağızını geniş açıb.
Qələbə müqabilində futbolçulara böyük mükafat vəd olunub. Söhbət adambaşına 3000-3500 manat ödəmədən gedir.
«Sarı-göylər» çemprionatın geridə qalan beş turunda məğlubiyyətlə üzləşib və turnir cədvəlinin sonuncu pilləsinə yuvarlanıb. Adil Şükürov uğursuzluq zolağına düşən kollektivin başından uzaqlaşdırılb.
SPORTİNFO.AZ