Prezident Vladimir Putin Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Pamfilova ilə görüşündə Rusiyanın mövcud şəraitdə xüsusilə siyasi sabitliyə ehtiyacı olduğunu bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"İnsanlar bunun Rusiya üçün həmişə nə qədər vacib olduğunu başa düşürlər. Bugünkü şəraitdə bu, əvvəlkindən iki-üç dəfə vacibdir. Siyasi sabitlik və siyasi sistemimizin sabitliyi, daxili siyasi vəziyyət həyati əhəmiyyət kəsb edir", - dövlət başçısı bildirib.
Onun sözlərinə görə, qismən seçicilər tərəfindən təmin edilən siyasi sabitlik Rusiyanın bütün sahələrdə, o cümlədən hərbi və təhlükəsizlik sahəsində uğurlarının əsasını təşkil edir", - prezident vurğulayıb.