ain.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dante Avropa Liqasının yeni rekordçusu olub.“Nitsa” futbolçusu Dante turnirin tarixinə düşüb. Braziliyalı müdafiəçi turnirdə matça çıxan ən yaşlı meydan oyunçusu olub. Sentyabrın 24-də liqa mərhələsinin ilk turunda “Roma”ya qarşı oynayan Dante 41 yaş 11 ay 6 günlüyündə olub. O, əvvəlki rekordçu, “Betis”in keçmiş yarımmüdafiəçisi Xoakinin göstəricisini (41 yaş 7 ay 23 gün) arxada qoyub.Dante ümumilikdə meydana çıxan 3-cü ən yaşlı futbolçudu. Onu yalnız iki qapıçı qabaqlayır. Onlar 2014-cü ildə 42 yaş 10 ay və 2 günlüyündə “Tottenhem”də oynayan Bred Fridel və 2012-ci ildə “Tvente”də 42 yaş 1 ay və 2 günlüyündə meydana çıxan Sander Boskerdi.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.