EN

6-cı tur başlayır: "Qarabağ" "Qəbələ"yə qarşı

Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura start veriləcək.

Publika.az xəbər verir ki, ənənəvi olaraq görüşlər 3 gün ərzində baş tutacaq. Bu gün 2 oyun baş tutacaq.

Turun açılış matçında “İmişli” “Zirə” ilə qarşılaşacaq. Oyun Quba Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək.

Günün digər oyununda son çempion “Qarabağ” “Azərsun Arena”da “Qəbələ”ni qəbul edəcək.

Qeyd edək ki, “Şamaxı” - “Araz-Naxçıvan” və “Neftçi” - “Karvan” sentyabrın 27-də, “Turan Tovuz” - “Kəpəz” və “Sabah” - “Sumqayıt” matçları isə 28-də keçiriləcək.

Azərbaycan Premyer Liqası, 6-cı tur
26 sentyabr

15:30 İmişli – Zirə
Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Cəmil Quliyev, Tural Qurbanov.
Quba Olimpiya İdman Kompleksinin stadionu.

19:00 Qarabağ – Qəbələ
Hakimlər: Rauf Cabbarov, Tərlan Talıbzadə, Şirmamed Mamedov, Elvin Bayramov.
“Azərsun Arena”.

27 sentyabr

Chosen
12
publika.az

1Sources