EN

Gürcüstan və Azərbaycan elektrik şəbəkəsi infrastrukturunun gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparırlar (ÖZƏL)

Bakı. Trend:

Gürcüstan və Azərbaycan elektrik şəbəkəsi infrastrukturunungücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparırlar.

Bunu Trend-əaçıqlamasında Bakıda keçirilən “Azərbaycan - Mərkəzi Asiyanın YaşılEnerji Həftəsi” çərçivəsində Gürcüstan İqtisadiyyat və Davamlıİnkişaf Nazirliyinin Enerji səmərəliliyi və bərpa olunan enerjimənbələri departamentinin rəhbər müavini Omar Seretelibildirib.

“Gürcüstan “Yaşıl enerji dəhlizi” təşəbbüsü çərçivəsindəAzərbaycanla fəal əməkdaşlıq edir. Tərəflər yalnız “yaşıl”hidrogenin inkişafı deyil, həm də elektrik şəbəkəsiinfrastrukturunun gücləndirilməsi üzrə ideyalar mübadiləsiaparırlar. Layihələrin əsas məqsədi yaşıl enerjinin Gürcüstanvasitəsilə Avropaya ixracı olaraq qalır. Bununla belə, ölkə yalnıztranzitçi yox, həm də özünün “yaşıl” məhsullarının təchizatçısıqismində çıxış etməyi planlaşdırır”,- deyə o bildirib.

Sereteli qeyd edib ki, Gürcüstan 2026-cı ilin sonunadək “yaşıl”hidrogen üzrə yol xəritəsi və fəaliyyət planının hazırlanmasınıbaşa çatdırmağı nəzərdə tutur.

Onun sözlərinə görə, Gürcüstanda 2019-cu ildə bərpa olunanenerji mənbələri haqqında, 2024-cü ildə isə enerji səmərəliliyi vəbinaların enerji səmərəliliyi haqqında qanunlar qəbul edilib.

Məqalədə:
Chosen
149
1
az.trend.az

2Sources