EN

Piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanıldı

Şəkidə piyadanı vurub öldürərək hadisə yerindən qaçan sürücü 1999-cu il təvəllüdlü Coşqun Vüqar oğlu Məmmədov saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, o, idarə etdiyi "Volksvagen Passat" markalı avtomobillə piyada 1997-ci il təvəllüdlü Əsgərov Hasil Ehtibar oğlunu vurub. Sürücü hadisə yerində qaçıb, piyada isə xəstəxanada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə), 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb və C.Məmmədov şübhəli şəxs qismində tutulub.

Chosen
15
2
bakivaxti.az

4Sources