EN

Aİ, Kiyevin Drujba neft kəmərinə hücumundan sonra öhdəliklərini yerinə yetirmədi

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Avropa İttifaqı (Aİ) Ukraynanın "Drujba" neft kəmərinə hücum edilməsindən sonra Macarıstanın maraqlarını qorumağa dair öz öhdəliklərini yerinə yetirməyib, Budapeşt bu məsələdə Avropa İttifaqının hakimiyyətlərinə etibar edə bilməz.

Bizimyol.info xəbər verir ki, bu barədə Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto, Rusiya mətbuatına müsahibəsində bildirib.

“Təəssüf ki, nə Avropa İttifaqı, nə də ukraynalılardan heç bir zəmanət almadıq. Əksinə, Avropa İttifaqı tamamilə öz öhdəliklərini yerinə yetirməyib. Bir neçə ay əvvəl Avropa İttifaqı bəyanat verdi ki, Aİ-nin enerji infrastrukturu kritik əhəmiyyət daşıyan infrastrukturdur və üçüncü ölkələr buna hörmət etməlidir. Ukraynanın “Drujba” boru kəmərinə hücumlarından sonra Avropa Komissiyası təəssüf ki, müdaxilə etmədi, bizim tərəfimizə keçmədi və bu məsələ ilə bağlı Ukraynaya müraciət etmədi. Biz bu məsələdə Avropa Komissiyasına etibar edə bilmərik”, – deyə Siyarto qeyd edib.

Nazir vurğulayıb ki, Budapeşt özünün enerji infrastrukturuna edilən hücumları Macarıstanın suverenliyinə qarşı bir təcavüz olaraq qiymətləndirir.

14 və 22 avqustda Ukrayna Silahlı Qüvvələri (USQ) dron və raketlərlə "Drujba" neft kəmərinin Rusiya ərazisindəki infrastrukturlarına bir neçə zərbə endirib. Bu səbəbdən, Macarıstana və Slovakiyaya neft təchizatı, kəmərin bərpası üçün dayandırılıb. Budapeşt və Bratislava Kiyevdən hücumları dayandırmağı tələb edərək, Avropa Komissiyasına xatırladı ki, o, Aİ ölkələrinin enerji təhlükəsizliyini təmin etmək öhdəliyi götürüb. 22 avqustda onlar Brüsselə məktub göndəriblər. 28 avqustda isə Rusiyadan Macarıstan və Slovakiyaya neft tədarükü bərpa olunub.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
icma.az

1Sources