EN

Kaxa Kaladze bəzi diplomatların fəaliyyətini kəskin tənqid edib – ÖZƏL

Tbilisi meri Kaxa Kaladze bəyan edib ki, bəzi diplomatların hərəkətləri və açıqlamaları diplomatiya çərçivəsindən kənara çıxır. 

Olaylar.az xəbər verir ki, o, bu fikirləri Almaniya və Böyük Britaniya səfirlərinin Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılması ilə bağlı suala cavab verərkən səsləndirib.

Kaladzenin sözlərinə görə, bəzi ölkələrin səfirləri ekstremist qrupları və cəmiyyətdə qütbləşməni təşviq edirlər.

"Bunların heç biri təsadüfi deyil. Proseslər xaricdən idarə olunur, onlar isə öz himayədarlarının - qlobal müharibə partiyasının göstərişlərini yerinə yetirirlər. Hər kəsin rolu müəyyən edilib. Ölkədə yüz milyonlarla lari xərclənərək vətənsiz insanların agentura şəbəkəsi yaradılıb. Onların iştirakı ilə, guya səfir, guya xarici dövlətlərin nümayəndəsi kimi, qətiyyən qəbuledilməz addımlar atılır", - deyə Kaladze bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
19
olaylar.az

1Sources