EN

Misli Premyer Liqası: VI tura iki görüşlə start verilir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün Misli Premyer Liqasında VI tura start verilir.
Oxu.Az xəbər verir ki, turun ilk oyun günündə "İmişli" klubu "Zirə"ni, "Qarabağ" isə "Qəbələ"ni qəbul edəcək.
Qeyd edək ki, sabah "Şamaxı" - "Araz-Naxçıvan", "Neftçi" - "Karvan-Yevlax" qarşılaşmaları baş tutacaq.
Tura sentyabrın 28-də "Turan Tovuz " - "Kəpəz", "Sabah" - "Sumqayıt" matçları ilə yekun vurulacaq.
26 sentyabr
15:30. "İmişli" - "Zirə"
Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Cəmil Quliyev, Tural Qurbanov;
VAR: Elçin Məsiyev;
AVAR: Elşad Abdullayev;
Hakim-inspektor: Feyzulla Feyzullayev;
AFFA nümayəndəsi: Elçin Mehtiyev;
Quba OİK stadionu.
19:00. "Qarabağ" - "Qəbələ"
Hakimlər: Rauf Cabarov, Tərlan Talıbzadə, Şirmamed Mamedov, Elvin Bayramov;
VAR: Cavid Cəlilov;
AVAR: Kamran Bayramov;
Hakim-inspektor: Anar Salmanov;
AFFA nümayəndəsi: Eldəniz Musayev;
"Azersun Arena".
Chosen
7
2
oxu.az

3Sources