EN

“Mind Odyssey” Regional İntellektual Turnirində “D” qrupunun qalibləri müəyyənləşdi - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Mind Odyssey" regional intellektual turnir layihəsi çərçivəsində keçirilən yarışın qrup mərhələsi sona yaxınlaşır.

QHT.az xəbər verir ki, “D” qrupunun oyunları keçirilib. Bu dəfə Qazax şəhər F.Şamoyev adına 4 saylı tam orta məktəbin “Şuşa”, Qazax rayon Daş Salahlı kənd Ş.Cəbiyev adına 2 saylı tam orta məktəbin “Sabah”, Qazax rayon Çaylı kənd E.Cəfərov adına 2 saylı tam orta məktəbin “Nirvana”, Qazax rayon Yuxarı Salahlı kənd Z.Mahmudov adına tam orta məktəbin “Ayın kölgəsi” və Ağstafa rayon Həsənsu kənd A.Mustafayev adına tam orta məktəbin “Viktoriya” komandaları mübarizə aparıb. Ənənəyə uyğun olaraq, səsləndirilən 15 suala ən çox doğru cavab tapan “Nirvana” və  “Viktoriya” komandaları yarımfinala adlayıblar.

Sabah - 26 sentyabr tarixində sonuncu - "E" qrupunun oyunu keçiriləcək. Beləliklə, yarımfinal mərhələsinə vəsiqə qazanacaq son iki komandanın adına aydınlıq gələcək. Yarımfinal mərhələsində isə qrup mərhələlərindən adlayan on komanda yarışacaq. Burada yüksək nəticə göstərmiş ən güclü dörd komanda finalda mübarizə aparmaq hüququ qazanacaq. Turnirin qalibi kubokla, I, II və III yerləri tutmuş komandaların üzvləri isə müvafiq diplomlarla təltif olunacaqlar. 

Qeyd edək ki, "Mind Odyssey" regional intellektual turnir layihəsi 1 sentyabr tarixində start götürüb və 31 oktyabr tarixində yekunlaşacaqdır.

Chosen
28
7
qht.az

8Sources