EN

ABŞ əczaçılıq məhsullarının idxalına 100% rüsum tətbiq edəcək

Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ oktyabrın 1-dən əczaçılıq məhsullarının idxalına 100% rüsum tətbiq edəcək.

APA xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp sentyabrın 25-də öz “Truth” hesabında məlumat verib.

Onun sözlərinə görə, Vaşinqton oktyabrın 1-dən bütün markalı və ya patentləşdirilmiş əczaçılıq məhsullarının idxalına 100% rüsum tətbiq edəcək.

Tramp onu da əlavə edib ki, ABŞ-da fabriklərinin tikintisinə başlayan istehsalçılar üçün istisnalar ediləcək.

Qeyd edək ki, mayın 12-də Tramp ABŞ-da dərmanların qiymətinin 59-90% aşağı salınması haqqında sərəncam imzalayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
24
3
apa.az

4Sources