EN

"Amazon" müştəriləri aldatdığına görə 2,5 milyard dollar ödəyəcək

Bakı. Trend:

"Amazon" ABŞ Federal Ticarət Komissiyası (FTC) ilə rekordməbləğdə razılaşmaya gəlib.

Trend xəbər verirki, şirkət hökumətə 1 milyard dollar cərimə ödəyəcək, zərərçəkmişistehlakçılara isə 1,5 milyard dollar kompensasiya veriləcək.

FTC 2019-cu ildən etibarən "Amazon"a qarşı iddia qaldırmışdı.Tənzimləyici qurum şirkəti istifadəçilərin razılığı olmadan onlarıillik 139 dollara başa gələn "Amazon Prime" abunəliyinə qoşmaqdaittiham edib.

Beləliklə, "Amazon"un ümumilikdə ödəyəcəyi məbləğ 2,5 milyarddollar təşkil edəcək.

Chosen
64
1
az.trend.az

2Sources