Bakı. Trend:
"Amazon" ABŞ Federal Ticarət Komissiyası (FTC) ilə rekordməbləğdə razılaşmaya gəlib.
Trend xəbər verirki, şirkət hökumətə 1 milyard dollar cərimə ödəyəcək, zərərçəkmişistehlakçılara isə 1,5 milyard dollar kompensasiya veriləcək.
FTC 2019-cu ildən etibarən "Amazon"a qarşı iddia qaldırmışdı.Tənzimləyici qurum şirkəti istifadəçilərin razılığı olmadan onlarıillik 139 dollara başa gələn "Amazon Prime" abunəliyinə qoşmaqdaittiham edib.
Beləliklə, "Amazon"un ümumilikdə ödəyəcəyi məbləğ 2,5 milyarddollar təşkil edəcək.