ain.az, 525.az saytına istinadən bildirir.
Ekvadorun şimalında, Kolumbiya sərhədinə yaxın Esmeraldas şəhərində həbsxanada üsyan baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri iğtişaşlara müdaxilə edib. İnsident nəticəsində 17 nəfər həlak olub.
İnsidentə həbsxanadakı qruplaşmaların mübahisəsinin səbəb olduğu ehtimal edilir. Lakin hələlik rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, bu yaxınlarda Ekvadorda başqa bir həbsxanada baş vermiş iğtişaş nəticəsində 14 nəfər həlak olmuşdu.
İsgəndər Həsənov
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.