EN

Hava ilə bağlı gözlənilən risk Hazır olun! mesajı verildi

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Havalar soyuduqca mövsümi xəstəliklərin yayılma riski artır. Bildirilir ki, payız fəslində bəzi viruslar daha da aktivləşir və buna görə də əlavə tədbirlərin görülməsinə ehtiyac yaranır.

Soyuq havalarda infeksiyalardan necə qorunaq? Kimlər xüsusilə diqqətli olmalıdırlar?

Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, payız aylarında bizi hansı sürprizlərin gözləyəcəyi bəlli deyil:

“Lakin COVID-19 pandemiyası başa çatsa da, yerli epidemiyalar davam edir. “Omikron” ştamının mutasiyaları və yoluxmalar hələ də mövcuddur. Bundan əlavə, hər il payızda qrip virusu yeni formada ortaya çıxır və çox sayda insanı xəstələndirir. Soyuqdəymələr əsasən isti havadan soyuğa keçid, geyimin düzgün seçilməməsi, gün ərzində temperaturun dəyişməsi səbəbindən artır. İnsanların yeni mühitə uyğunlaşa bilməməsi də infeksiyalara şərait yaradır. Nəticədə yoluxan şəxslər başqalarını da xəstələndirir, kollektiv mühitdə geniş yoluxma halları baş verir. COVID-19 pandemiyasından çıxardığımız dərsləri unutmamalıyıq. Xəstələnən insanlar işə getməməli, maska taxmalı, başqalarını yoluxdurmamaq üçün məsuliyyətli davranmalıdır. Sağlam şəxslər də onlarla təmasdan çəkinməli, gigiyenaya qaydalarına, xüsusilə də əllərin yuyulmasına diqqət etməlidirlər. Bu profilaktik tədbirlər yoluxmaların qarşısını xeyli dərəcədə ala bilər”.

Adil Qeybulla

Professor qeyd edib ki, hazırkı dövr “virus əsri” hesab olunur:

“Hansı virusların fəallaşacağını proqnozlaşdırmaq çətindir. COVID-19 pandemiyası da gözlənilmirdi, halbuki əvvəllər də oxşar tənəffüs yolu infeksiyaları mövcud olub. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yaxın gələcəkdə qrip pandemiyası riskini istisna etmir. Bu səbəbdən profilaktikaya daim ciddi yanaşmaq vacibdir. İnsanlar düzgün qidalanmalı, təmiz havada gəzintiyə və fiziki aktivliyə diqqət yetirməli, immun sistemini gücləndirməlidirlər”.

Ləman İmran

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
22
2
globalinfo.az

3Sources