EN

Tovuzda 4 otaqlı ev yandı - FOTO

Tovuzda yanğın olub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb. Kənd sakininə məxsus 185 kvadratmetr sahəsi olan evdə yanğın olub. Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Dövlət Yanğından Hissəsinin  yanğınsöndürən maşınınları və canlı qüvvəsi cəlb edilib. Yanğın zamanı  evin 125 kvadratmetri əşyaları ilə birlikdə yanaraq külə dönüb. Yaxınlıqda olan evlər yağından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Chosen
3
1
unikal.az

10Sources