Tədbirdə çıxış edən Medianın İnkişafı Agentliyinin Hüquq şöbəsinin müdiri Adil Tağıyev qeyd edib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Agentlik tərəfindən gənclər arasında maarifləndirici təşəbbüslərə xüsusi önəm verilir. O bildirib ki, tələbələr üçün keçirilən seminarlar, təlimlər və müxtəlif layihələr Konstitusiyanın mahiyyəti, insan hüquqlarının qorunması prinsipləri və konstitusion dəyərlərin ictimaiyyətə çatdırılması istiqamətində vacib rol oynayır.
Daha sonra Agentliyin Müşahidə Şurasının üzvü, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev çıxış edərək bildirib ki, Konstitusiya yalnız hüquqi sənəd deyil, eyni zamanda dövlətçilik ideologiyasının, milli dəyərlərin və demokratik cəmiyyət quruculuğunun əsasını təşkil edir. O qeyd edib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində belə master-klasların təşkili gənclərin hüquqi biliklərinin artırılmasına, konstitusion dəyərlərin daha dərindən mənimsənilməsinə və onların vətəndaşlıq məsuliyyətinin gücləndirilməsinə mühüm töhfə verir.
Daha sonra mühazirə ilə çıxış edən Bakı Apellyasiya Məhkəməsinin hakimi Xəyalə Cəmilova isə öz çıxışında Konstitusiyanın qəbul edilməsinin müasir Azərbaycan dövlətçiliyinin hüquqi təməlinin formalaşmasında həlledici rol oynadığını diqqətə çatdırıb. O bildirib ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması isə sözügedən dəyərlərin gənc nəsil arasında təbliği və hüquqi maarifləndirmənin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Sonda tələbələrin iştirakı ilə interaktiv müzakirə aparılıb, insan hüquqlarının qorunması və jurnalist fəaliyyətində hüquqi yanaşmalarla bağlı müxtəlif suallara cavab verilib.





10Sources
-
demokrat.az“Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti master-klas keçirilib — FOTOLAR ( 21740308)
-
cebheinfo.az“Konstitusiya və Suverenlik İli” çərçivəsində BDU tələbələri üçün master-klas keçirilib ( 21739966)
-
azertag.az“Konstitusiya və Suverenlik İli” çərçivəsində BDU tələbələri üçün növbəti master-klas keçirilib ( 21736234)
-
apa.azTələbələr üçün master klas keçirilib FOTO ( 21735814)
-
apa.azTələbələr üçün master-klas keçirilib - FOTO ( 21735670)
-
bakivaxti.az“Konstitusiya və Suverenlik İli” çərçivəsində Bakı Dövlət Universitetinin tələbələri üçün növbəti master klas keçirildi FOTOLAR ( 21735565)
-
apa.az“Konstitusiya və Suverenlik İli” çərçivəsində tələbələr üçün master-klas keçirilib ( 21735505)
-
az.trend.az“Konstitusiya və Suverenlik İli” çərçivəsində Bakı Dövlət Universitetinin tələbələri üçün növbəti master-klas keçirilib (FOTO) ( 21735472)
-
bakivaxti.az“Konstitusiya və Suverenlik İli” çərçivəsində Bakı Dövlət Universitetinin tələbələri üçün növbəti master-klas keçirildi - FOTOLAR ( 21735334)
-
media.gov.az“Konstitusiya və Suverenlik İli” çərçivəsində Bakı Dövlət Universitetinin tələbələri üçün növbəti master-klas keçirilib ( 21734131)