EN

"Uzbekistan GTL"nin Orta Dəhliz vasitəsilə ixrac etdiyi dizel yanacağının həcmi açıqlandı

Bakı. Trend:

2023–2024-cü illərdə “Uzbekistan GTL” zavodu təxminən 300 minton dizel yanacağı ixrac edib ki, bunun 200 min tonu Avropaölkələrinə Orta Dəhliz vasitəsilə göndərilib.

Trend xəbər verirki, bunu “Uzbekistan GTL”nin satış şöbəsinin mütəxəssisi BəxtiyarAybergenov Bakıda keçirilən “Xəzər və Mərkəzi Asiya – Neft emalı,Neft-kimya, Ticarət və Logistika” mövzusunda konfransda çıxışındadeyib.

“Azərbaycan ilə Özbəkistan arasında əldə olunan razılaşmalarsayəsində Orta Dəhlizdən istifadə icazəsi verildi və bizimUzbekistan GTL zavodumuz dizel yanacağını Avropa və ABŞ ölkələrinəOrta Dəhliz vasitəsilə ixrac etməyə başladı”, – deyə obildirib.

Aybergenov qeyd edib ki, hesabat dövründə 200 min ton neft ixracedilib. Zavod hesabat dövrü ərzində 250 milyon dollar gəlirgətirib.

O həmçinin əlavə edib ki, “Uzbekistan GTL” zavodunda istehsalabaşlanılan vaxt dizel yanacağının yerli bazarda qiyməti tonuna1450–1500 dollar təşkil edirdi:

"İkinci xəttin işə düşməsi və zavodun tam gücü ilə fəaliyyətəbaşlamasından sonra qiymət düşməyə başladı. Bununla belə, azalmadövlət tənzimləməsi hesabına deyil, bazar qanunlarına uyğun olaraqtəbii şəkildə baş verib. Bu gün dizel yanacağının qiyməti təxminənbir tonuna 920–950 dollar səviyyəsindədir", - deyə BəxtiyarAybergenov bildirib.

Məqalədə:
Chosen
70
az.trend.az

1Sources