EN

Dedi ki, məni öldür, yoxsa şikəst qalacağıq Acun Ilıcalı

Olke.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

TV 8 kanalının sahibi, türkiyəli məşhur aparıcı Acun Ilıcalı motosiklet qəzası zamanı ölümlə üz-üzə gəlib.

Ölkə.Az xəbər verir ki, o bu barədə dünyada ən çox izlənən yutub proqramlarından biri olan “ABTalks” verilişində danışıb.

Motosiklet həvəskarı olan Acun Ilıcalı yaşadığı ən təhlükəli anlardan birini danışıb. O bildirib ki, dostu Esatla İstanbuldan Bodruma motosikletlə səfər edərkən yuxusuzluqdan sükan arxasında huşunu itirmək həddinə çatıb:

"Səhər saat 6-7 radələri idi. Yuxusuzluqdan başım aşağı sallanmağa başlamışdı. Esat fərqinə varıb qarnıma yumruq vurdu. Həmin an ölümlə üz-üzə idim. Dedi ki, məni öldürməyini üstün tutaram, yoxsa ömürlük şikəst qalacağıq”. Dərhal kənarda saxladıq. Tamamilə huşsuz idim”.

Ilıcalı yolda fadsilə verdikləri bir məsciddə xalçanın üzərində yuxuya getdiklərini söyləyib:

“Xalça terapiya kimi idi. Oyandığımda hər kəs səcdədə idi. O anl heç unutmuram”.

A.Ilıcalı qəzalar zamanı boynunun sındığını, qollarına platin taxıldığını və hətta yaxın dostunun itirdiyini desə də, motosikletə olan sevgisindən əl çəkə bilmir:

“Hazırda təxminən 10 motosikletim var. İkisi Mayamidə, üçü Dominikdə, ikisi Çeşmədə, İstanbulda da -34-ü var. hələ də motosikletsiz bacarmıram”,- deyə o əlavə edib.

Billurə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
36
1
olke.az

2Sources