EN

“Messi qola ehtiyacı olan komanda yoldaşlarını diqqətdə saxlayır”

ain.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano MLS-də “Nyu-York Siti”yə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis müntəzəm mövsümdə pley-offa yüksəlmələri haqda bunları deyib:

“Xoşbəxtik. İndi daha sakit qalmalıyıq və ilk hədəfimizə – pley-offa çatdıq. Bundan sonra daha xal toplamağa çalışmalıyıq.

Messinin penaltini Suaresə verməsində qeyri-adi nəsə yoxdur. Çünki o, həmişə qola ehtiyacı olan komanda yoldaşlarını diqqətdə saxlayır”.

“İnter Mayami” 29 oyundan sonra 55 xalla 3-cü sıradadır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
10
futbolpress.az

1Sources