EN

Türkiyə və Azərbaycandakı ali təhsil müəssisələri arasında əməkdaşlığı gücləndirmək əsas vəzifələrimizdən biridir - İğdır Universitetinin Rektoru

Bakı. Trend:

Akademiklər, universitet rektorları olaraq Türkiyədəki alitəhsil müəssisələri ilə Azərbaycandakı ali təhsil müəssisələriarasında əməkdaşlığı gücləndirmək və inkişaf etdirmək əsasvəzifələrimizdən biridir.

Bu sözləri Trend-ə açıqlamasında İğdır Universitetinin RektoruEkrem Gürer deyib.

O bildirib ki, Qarabağ Universiteti ilə necə əməkdaşlıq edəbiləcəkləri barədə ətraflı fikir mübadiləsi aparılıb:

“Bakıya gəldikdə ilk öncə Diasporla İş üzrə Dövlət Komitəsininsədri hörmətli Fuad Muradov və komandası bizi qəbul etdilər. Görüşbir saatdan çox davam etdi. Bütün rektorlarımız özlərini təqdimetdilər. Hər biri universitetləri və həmin universitetlərin müvafiqixtisas sahələri haqqında Komitə sədrinə və heyətinə məlumatverdilər. Bu çərçivədə səkkiz universitetimizin həm ümumilikdəAzərbaycandakı digər universitetlərlə, həm də xüsusilə QarabağUniversiteti ilə necə əməkdaşlıq edə biləcəkləri barədə ətraflıfikir mübadiləsi aparıldı. Bu görüşlərdə Fuad müəllimin bizəgöstərmiş olduğu səmimi diqqət və dəstəyə görə ona ən dərinminnətdarlığımı bildirirəm. Görünür ki, Azərbaycan dövləti və xalqıTürkiyədəki bütün tərəfdaşlara qarşı yaxın maraq və dəstəkgöstərməyə davam edəcəkdir. Türkiyə–Azərbaycan münasibətləri qədimmünasibətlərdir. Ulu öndər Heydər Əliyevin dediyi kimi, biz hərzaman iki dövlət, amma bir millət olmuşuq və inşallah, əbədi olaraqda belə qalacağıq.

Bu səbəbdən hər iki ölkənin müəllimləri, bürokratları,texnokratları, alimləri, iş adamları hər zaman yaxın münasibətlərqurmaqda qətiyyətlərini nümayiş etdiriblər. Belə olan halda bizakademiklər, universitet rektorları olaraq Türkiyədəki ali təhsilmüəssisələri ilə Azərbaycandakı ali təhsil müəssisələri arasındaəməkdaşlığı gücləndirmək və inkişaf etdirmək əsas vəzifələrimizdənbiri kimi qiymətləndirilməlidir”.

Rektorun sözlərinə görə, bu istiqamətdə uzun illərdir ki,universitetlərimiz Azərbaycanın bəzi universitetləri ilə yaxınəməkdaşlıq həyata keçiriblər:

“Ancaq arzumuz bu sayını daha da artırmaqdır. Daha önəmlisi isəXankəndi, Qarabağ və Şuşa bölgələrinə edəcəyimiz səfərdir. Azadedilmiş bölgələri yerində ziyarət etməklə yanaşı, QarabağUniversitetini də ziyarət etmək istəyirik. Türkiyədən gələn səkkizdövlət universitetinin rektorları olaraq Qarabağ Universitetininyanında olduğumuzu, hər cür dəstək və əməkdaşlığa hazır olduğumuzugöstərmək üçün orada olacağıq”.

“İnanırıq ki, Qarabağ, Xankəndi və azad edilmiş torpaqlar ənqısa zamanda inkişaf edəcək, tərəqqi edəcək və bu inkişafdanQarabağ Universiteti də böyük pay alacaqdır. Biz türk akademiklərivə rektorları olaraq bu istiqamətdə əlimizdən gələn dəstəyiəsirgəməyəcəyik. Dost və qardaş Azərbaycan xalqının, dövlətinin vəuniversitetlərinin yanında olacağıq. Birlikdə yol alacağıq, birolacağıq, güclü olacağıq. Bu bölgədə həm sülhün davamlı olması, həmdə elm və texnologiya ilə zəngin innovasiya və inkişafın bütünbölgə xalqlarına yayılması üçün xüsusi səylər göstərəcəyik. Onsuzda bütün dünyanın yaxından izlədiyi Zəngəzur Dəhlizi layihəsihəyata keçdikdə sadaladığımız bu məsələlərin daha da güclənəcəyinəvə böyük inkişaf əldə olunacağına inamımız tamdır. Bu münasibətləbir daha bu layihənin həyata keçirilməsində, təqdim olunmasında vədəstəklənməsində rol oynayan başda Fuad Muradov müəllim olmaqlaAzərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinə səmimitəşəkkürlərimi bildirirəm. Ən qısa zamanda yenidən Azərbaycan xalqıvə dövlətinin tərəfdaşları ilə bir araya gəlmək üçün səbirsizlikləgözlədiyimi ifadə etmək istəyirəm”,- deyə Ekrem Gürer əlavəedib.

Xatırladaq ki,Türkiyənin Şərqi Anadolu bölgəsindəkiuniversitetlərin rektorlarının və İğdır Azərbaycan Evininrəhbərinin daxil olduğu Türkiyə nümayəndə heyəti Azərbaycandasəfərdədir.

Chosen
99
az.trend.az

1Sources