EN

Bakıdasürücü avtobusu əks yolda sürdü - VİDEO

Paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində sürücülərin kütləvi şəkildə əks yola çıxaraq hərəkət etməsini əks etdirən görüntülər yayılıb.

Paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində yol qaydaları kobud şəkildə pozulur.

Musavat.com xəbər verir ki, bununla bağlı jurnalist Səid Qərib video paylaşıb.

Onun sözlərinə görə, qəsəbənin Əli İsazadə prospektindəki iki istiqamətli yoldan sürücülər qaydalara və yol nişanlarına məhəl qoymurlar:

“Qonaqlara və ya təsadüfən yolu buradan keçənlərə yad gəlsə də, qəsəbə sakinlərinə mənzərə çox tanışdır. Burada maşını yolda saxlayıb marketdə alış-veriş edən sürücülərdən tutmuş, yolun düz ortasında bazar açan ticarətçilərə qədər tez-tez rast gəlinir. Əli İsazadə küçəsi bəzən yolun ortasında park edilmiş avtomobillərin ucbatından keçilməz cığıra və ya dalana çevrilir”.

Jurnalist bildirir ki, bu gün səhər yolda tıxac yarandığı üçün minik avtomobilləri, hətta avtobus da əks yola çıxaraq hərəkət edib: “Aralarında məktəbliləri daşıyan, istismara yararsız mikroavtobusları qeyri-qanuni idarə edən, AYNA-nın işə götürdüyü, içərisində onlarla sərnişini daşıyan avtobus sürücüləri də var. Onların hər biri potensial qatildir.

Xatırlayırsınızsa, Binədə bir neçə il əvvəl məhz bu kimi məsuliyyətsiz sürücünün ucbatından avtobusla qatar toqquşmuşdu, günahsız insanlar dünyasını dəyişmişdi.
Bu məsələni ötən il də ictimailəşdirmişdim, amma görünən odur ki, problem həll olunmayıb”, -deyə jurnalist bildirib.

Şahanə Rəhimli
Musavat.com

Chosen
8
1
musavat.com

2Sources