Gəncədə minik maşını motsikletlə toqquşub.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivi ərazisində baş verib.
Hərəkətdə olan minik maşını ilə motosiklet toqquşub. Qəza zamanı motosikletin sürücüsü 1994-cü il təvəllüdlü M.Yusifov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.
Qəzaya düşən motosikletin kuryer fəaliyyəti göstərdiyi bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.