Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində Suriya Prezidenti Əhməd əş-Şara ABŞ Prezidenti Donald Trampla görüşüb.
Axar.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Qeyd edək ki, bu, may ayında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutan danışıqlardan sonra iki lider arasında ikinci görüş olub.