EN

Trampın bioloji silah təşəbbüsü və ABŞ-ın Ukrayna səyləri - Peskov açıqladı

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq keçirib və ABŞ lideri Donald Trampın bioloji silahların hazırlanmasından imtina ideyası ilə bağlı açıqlama verib.

Peskovun sözlərinə görə, bu təşəbbüs “özlüyündə parlaq bir ideyadır” və Rusiya ümumi şəkildə bioloji silahdan imtina prosesində iştirak etməyə hazırdır. Lakin bu təşəbbüsün beynəlxalq səviyyədə sənədləşdirilməsi vacibdir.

Peskov həmçinin ABŞ-ın Ukraynada sülh yolu ilə nizamlanma səylərinə toxunub.

O bildirib ki, Vaşinqton bu prosesdə siyasi iradəsini saxlayır və Prezident Tramp Ukraynada sülh prosesini davam etdirmək üçün səylər göstərməyə hazırdır.

Brifinq zamanı Qazaxıstanın ABŞ-dan lokomotiv alması məsələsinə də toxunulub. Peskov bildirib ki, əgər ABŞ daha sərfəli kommersiya təklifi veribsə, Qazaxıstanın qərarını anlamaq olar.

O əlavə edib ki, Qazaxıstan Rusiyanın yaxın tərəfdaşı olaraq ticarət-iqtisadi əməkdaşlıq sahəsində qarşılıqlı fəaliyyət davam edəcək.

Bununla yanaşı, Peskov Rusiya Prezidentinin seçkilərin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilovanı Kremlə qəbul edəcəyini də qeyd edib.

News365.az

Chosen
12
news365.az

1Sources