EN

Binanın damından yerə şüşə və taxta atan yeniyetmə qızlar müəyyənləşdirilib - ANBAAN GÖRÜNTÜLƏR

Abşeron rayonunda yerləşən binalardan birinin damına çıxaraq, aşağıya taxta və şüşə parçası atan şəxslərin kimliyi polis əməkdaşları tərəfindən müəyyən edilib.

Bu barədə Far.Az-ə DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib.

Qeyd olunub ki, onlar valideynləri ilə birgə polis orqanına dəvət edilərək profilaktik söhbət aparılıb. Yeniyetmələrin valideynləri barəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbir görülərək, aidiyyəti üzrə yönləndirilib.

***2025-09-24 saat 16:52

Abşeron rayonunda yerləşən "Yeni Bakı" yaşayış kompleksində təhlükəli hadisə baş verib.

Bu barədə məlumat Far.Az-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, kompleksin 2A saylı binasında 14 yaşlı bir qrup qız binanın damına çıxaraq, aşağıya taxta və şüşə parçası atıblar.

Hadisə şahidlərinin bildirdiyinə görə, uşaqlar ətrafdakılar üçün təhlükə yaradıb və bəzi sakinlər təhlükəsizlik məqsədilə binanın qarşısından uzaqlaşıblar.

"Bu cür halların qarşısı vaxtında alınmasa, həm uşaqların, həm də digər vətəndaşların həyatı üçün ciddi risklər yarana bilər", - deyə məlumatda qeyd olunub.

Banu Hüseynli

Chosen
14
1
far.az

6Sources