EN

Namus üstündə anasının başını kəsdi – Goranboyda DƏHŞƏTLİ QƏTL

Gəncə Ağır Cinayətlər Məhkəməsində Goranboyda anasını qətlə yetirməkdə təqsirləndirilən Şahin Əmrahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Busaat.az Oxu.Az-a istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ş.Əmrahov 10 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə bu il aprelin 7-də saat 17 radələrində rayonun Tatarlı kəndində baş verib.

Kənd sakini, 2005-ci il təvəllüdlü Şahin Əmrahov yaşadığı evə gələrkən evin giriş qapısının bağlı olduğunu görüb. O, köməkçi qapıdan keçərək, evin həyətinə daxil olub. Həmin vaxt Şahin evdə anasının telefon danışığını eşidib. Məlum olub ki, anası, 1975-ci il təvəllüdlü Alidə Kazımova telefonda rəfiqəsi ilə danışır. Danışıq zamanı qadın rəfiqəsinə “həyat yoldaşım dünyasını dəyişəndən sonra həyatımda 3-4 kişi olub, mən pullu kişilərlə münasibət qurmuşam” sözlərini eşidib.

Telefon danışığı bitəndən sonra Ş.Əmrahov evə daxil olaraq, anasından hansı kişilərlə münasibətdə olduğunu soruşub və onunla mübahisə edib. Alidə Kazımova isə oğluna məhəl qoymayaraq, heç bir kişi ilə münasibətdə olmadığını bildirib. Əsəbiləşən Ş.Əmrahov mətbəxdən bıçağı götürərək anasına dalbadal zərbələr endirib. Bununla sakitləşməyən Şahin anasının boğazını kəsərək onu qətlə yetirib. Anasının ölümünə tam əmin olan Şahin evdən çıxaraq qəbiristanlığa gedib və orada atasının məzarını ziyarət edib. Daha sonra o, qardaşına hadisə barədə məlumat verdikdən sonra Goranboy Rayon Polis Şöbəsinə gedərək təslim olub.

Chosen
21
7
busaat.az

10Sources