EN

Messi dubla imza atdı, "İnter Mayami" pley-offa vəsiqəni təmin etdi - VİDEO

Bu gün MLS liqasında "Nyu York Siti" - "İnter Mayami" matçı baş tutub. 

Fanat.Az xəbər verir ki, görüş qonaqların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qalib komandanın heyətində argentinalı superululduz Lionel Messi dubl edib və bir məhsuldar ötürmə edib. "İnter Mayami"nin igər qollarını uruqvaylı forvard Luis Suares və argentinalı Baltasar Rodriges vurublar.
 

Beləliklə, "İnter Mayami" ardıcıl üçüncü qələbəsini qazanıb. "Nyu York Siti"də isə üç oyunluq qələbə seriyası başa çatıb. 

Messinin komandası növbəti matçında səfərdə "Toronto" ilə qarşılaşacaq.

“İnter Mayami” 29 oyundan sonra 55 xalla Şərq Konfransında üçüncü pilləyə yüksəlib. Bu nəticə pley-offa vəsiqənin vaxtından əvvəl rəsmiləşməsinə şərait yaradıb.

Chosen
9
fanat.az

1Sources