"İnter Mayami"nin hücumçusu Lionel Messi “Major League Soccer”də (MLS) bombardirlər siyahısında birinci yeri tutub.
“New York City” FC ilə normal mövsüm matçında (4-0) Messi iki qol vurub və assistentlik edib. Bu mövsüm Messi 24 qol vurub.
Los-Anceles FK-nın qabonlu hücumçusu Denis Buanqa bombardirlər siyahısında ikincidir (19 qol). “Nashville Predators”un ingilis hücumçusu Sem Surric 21 qolla üçüncüdür.
Xatırladaq ki, “Major League Soccer” (MLS) — ABŞ Futbol Federasiyası tərəfindən icazəsi verilən, kişilər arasında keçirilən peşəkar futbol liqasıdır. Bu liqa ABŞ və Kanadada futbol üzrə ən yüksək səviyyəli liqa hesab olunur
Almaz Həsənli