EN

"Azeri Light" neftinin qiyməti qalxdı

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,92 ABŞ dolları (1,29 %) artaraq 72,14 ABŞ dollarına yüksəlib.

Far.Az xəbər verir ki, Ceyhan limanında FOB bazasında bu markalı neftin qiyməti isə 0,95 dollar (1,36 %) artaraq 70,60 dollar olub.

Qeyd edək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində neftin 1 bareli 70 dollar hesablanıb. Bununla da hazırkı qiymət büdcə proqnozunu üstələyib.

Xatırladaq ki, "Azeri Light"ın ən aşağı qiyməti 2020-ci ilin aprelində - 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda - 149,66 dollar olub.

Neft əsasən "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilir. Müqavilədə SOCAR-ın payı 31,65 %-dir.

Chosen
27
1
far.az

2Sources