EN

"Quba"dan növbəti transfer

"Quba" basketbol klubu növbəti transferi həyata keçirib.

İdman.biz xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komanda ötən mövsümü "Lənkəran"da keçirmiş Varid Ağasızadə ilə anlaşıb.

Qeyd edək ki, 21 yaşlı oyunçu daha əvvəl "Sərhədçi" və "Lənkəran" klublarının formasını geyinib.

İdman.biz

Chosen
11
1
idman.biz

2Sources