EN

Messi bombardir oldu

“İnter Mayami”nin hücumçusu Lionel Messi MLS-in müntəzəm mövsümündə “Nyu York Siti”yə 4:0 hesabı ilə qalib gəldikləri oyunda iki qol vurub.

İdmanxeber.az-ın məlumatına görə, bununla da 38 yaşlı argentinalının cari mövsümdə vurduğu qolların sayını 24-ə çatdırıb. O, hazırda liqanın ən çox qol vuran oyunçuları siyahısına başçılıq edir.

Messi bu mövsüm 38 oyun keçirib, 32 qol vurub və 14 məhsuldar ötürmə edib.

Chosen
8
idmanxeber.az

1Sources