Britaniyanın Suindon şəhərində sənaye zonasındakı anbarda güclü partlayış baş verib.
Axar.az xəbər verir ki, bu barədə “Skay Nyus” məlumat yayıb.
Məlumata görə, partlayış Suindon şəhərindəki sənaye zonasında qeydə alınıb. Hadisə yerinə polis, təcili tibbi yardım və yanğınsöndürənlər cəlb olunub.
Xəsarət alanlarla bağlı məlumat verilməyib.