EN

Üçqat "Formula-1" çempionunun avtomobili hərraca çıxarılacaq - FOTO

"Formula-1" üzrə üçqat dünya çempionu Niki Laudaya məxsus "Ferrari 365 GT4 2+2" avtomobili oktyabr ayında Münhendə keçiriləcək "RM Sotheby's" auksionunda təqdim olunacaq.

Avtosfer.az hərracın rəsmi saytına istinadən xəbər verir ki, V12 mühərrikli, "Pininfarina" dizaynlı idman kupesinin 180-220 min avro arasında satılacağını təxmin edilir.

Bu model 3 dekabr 1973-cü ildə istehsal edilib. Lauda onun ilk sahibi olub. O, 1975-ci ildə avtomobili Avstriyada satıb.

Avtomobilin hazırkı yürüşü 87 962 kilometrdir.

Kupe 340 at qüvvəsi hasil edən 4.4 litrlik dördsilindirli "Colombo V12" mühərriki, beşpilləli mexaniki transmissiya ilə təchiz edilib. 1976-cı ilə qədər yalnız 524 belə model istehsal edilib.

 

 

Chosen
9
2
avtosfer.az

3Sources