EN

Ukrayna Rusiyanın Su-34 təyyarəsini məhv etdi

BAKI, 25 sentyabr. TELEQRAF

Bu gün Ukrayna ordusu Zaporojye istiqamətində Rusiya Silahlı Qüvvələrinə məxsus Su-34 tipli döyüş təyyarəsini vuraraq məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Qeyd olunub ki, həmin təyyarə idarəolunan aviabombalardan istifadə etməklə Zaporojye şəhərinə hava zərbələri endirməyə cəhd göstərib.

Chosen
10
teleqraf.com

1Sources