BAKI, 25 sentyabr. TELEQRAF
Bu gün Ukrayna ordusu Zaporojye istiqamətində Rusiya Silahlı Qüvvələrinə məxsus Su-34 tipli döyüş təyyarəsini vuraraq məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Qeyd olunub ki, həmin təyyarə idarəolunan aviabombalardan istifadə etməklə Zaporojye şəhərinə hava zərbələri endirməyə cəhd göstərib.