EN

Tramp Yaponiyaya getməyi planlaşdırır

ABŞ Prezidenti Donald Tramp bu il oktyabrın sonunda Yaponiyaya səfər etməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə "Kyodo" agentliyi Yaponiya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, hazırda səfərin dəqiq tarixləri dəqiqləşdirilir. Trampın oktyabrın 31-dən noyabrın 1-dək keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcəyi Cənubi Koreyaya gedərkən Yaponiyada dayanacağı gözlənilir.

Bu, Trampın ikinci prezidentlik dövründə Yaponiyaya ilk səfəri olacaq. "Kyodo" qeyd edib ki, Yaponiya oktyabrın sonuna kimi Yeni baş nazir seçəcək.

Chosen
27
1
ikisahil.az

9Sources