İsrailin baş naziri Benyamin Netanyahu Fələstin dövlətini tanıyan Qərb ölkələrini hədəfə alıb
İsrailin baş naziri Benyamin Netanyahu Fələstin dövlətini tanıyan Qərb ölkələrini hədəfə alaraq beynəlxalq ictimaiyyətə meydan oxuyub.
İsrailin baş nazirlik ofisindən verilən açıqlamaya görə, Netanyahu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 80-ci sessiyası zamanı Qərb ölkələrinin Fələstini bir dövlət kimi tanımasının "rüsvayçı bir təslimçilik" olduğunu iddia edib.
Beynəlxalq ictimaiyyətə meydan oxuyan Netanyahu, "Fələstin Dövləti olmayacaq" deyərək, ölkələrin dövləti tanımaq qərarının "İsraili heç bir şəkildə bağlamayacağını" iddia etdi.
İsrail Baş Naziri Ofisinin bəyanatı Netanyahunun BMT Baş Assambleyasında çıxış etmək üçün ABŞ-a getməsinə saatlar qalmış yayımlanıb.
Lüksemburq, Belçika, Andorra, Fransa, Malta, Monako və San Marino, Fransa və Səudiyyə Ərəbistanının rəhbərliyi ilə təşkil edilən Fələstin məsələsinin həlli və iki dövlətli həllin həyata keçirilməsi üzrə Birləşmiş Millətlər Təşkilatının (BMT) Yüksək Səviyyəli Beynəlxalq Konfransında Fələstin Dövlətini tanıdıqlarını elan etdilər.
Kanadanın baş naziri Mark Karni, Avstraliyanın baş naziri Entoni Albanese, İngiltərənin baş naziri Keir Starmer və Portuqaliyanın xarici işlər naziri Paulo Rangel də Fələstin Dövlətini tanıdıqlarını açıqlayıblar.
Yasir Ərəfat 1988-ci ildə yaradıldığını elan etdiyi vaxtdan bəri Fələstin Dövlətini tanıyan BMT-yə üzv ölkələrin sayı 193-dən 157-yə yüksəlib. BMT üzvü olmayan Vatikan da Fələstin Dövlətini tanıyır.
aia.az
Tərcümə şöbəsi